En Az Ru
 
 

Müəlliflər

Fərman Qulamov

Əsərləri
 
Fərman Qulamov
 

1945-ci ildə Azərbaycanda, Astara şəhərində anadan olmuşdur.

1967-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.

1976-cı ildə Tbilisi Rəssamlıq Akademiyasını bitirmişdir.

1973-cü ildə Ümumittifaq və Xarici sərgilərdə iştirak etmişdir.

1986-cı ildə Xəzərətrafı respublikaların Biennalı sərgisində III mükafata layiq görülmüşdür.

1993-cü ildə Almaniyanın Fulendorf şəhərində fərdi sərgisi keçirilmişdir.

1993-1994 cü illərdə Bakı, Fulendorf və Moskva şəhərlərində fərdi sərgiləri keçirilmişdir.

1993-cü ildə Moskvada (Şərq Qalereyasında) «Şərqin Qalereyası» adlı birgə sərgidə iştirak etmişdir.

1994-cü ildə 1993-cü il üzrə ən yaxşı əsər üçün 1-ci mükafata layiq görülmüşdür. 1994-cü ildə “Humay” mükafatı ilə təltif olunan rəssam dəzgah boyakarlığı ilə məşğul olur. Əsərləri Fransa, Almaniya, Polşa, Finlandiya, Türkiyə, İran və Əlcəzairdə keçirilmiş sәrgilәrdә nümayiş etdirilmişdir. Onun işləri ilə Tretyakov Qalereyasında, Şərq Ölkələrinin Açıq Muzeyində tanış olmaq olar. Əsərləri, həmçinin, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

 
 
Yaradılma Spring Software
Copyright © ButaGallery 2011