En Az Ru
 
 

Müəlliflər

Namiq Məmmədov

Əsərləri
 
Namiq Məmmədov
 

Namiq Zahid oğlu Məmmədov 1957-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur.
1982-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət İncəsənət Kollecini bitirmişdir. 1988-ci ildə Vilnüsdə Litva Dövlət İncəsənət Akademiyasının rəssamlıq fakültəsini bitirmişdir.
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
N.Məmmədov 1983-cü ildə ilk sərgidə iştirak etmiş və bununla da yaradıcılıq fəaliyyətinə başlamışdır.
Rəssam regional və beynəlxalq sərgilərdə iştirak edir.
1990-1991-ci illərdə "Müharibə rəqsi","Qaçqınlar" və s. əsəri ilə Azərbaycan Rəssamlarının "20 Yanvar faciəsi » sərgilərində iştirak etmişdir.
1996-cı ildə Bakı İncəsənət Mərkəzində rəssamın ilk fərdi sərgisi keçirilmişdir.

1997-ci ildə Norveçdə, Osloda rəssamın fərdi sərgisi keçirilmişdir.

2000-ci ildə V. Səmədova adına rəsm qalereyasında rəssamın fərdi sərgisi keçirilmişdir.

2003-cü ildə Rəssamlar İttifaqının salonunda rəssamın "Alban Oratorium" adlı yeni fərdi sərgisi keçirilmişdir.

2004-cü ildə Norveçdə, Osloda rəssamın fərdi sərgisi keçirilmişdir.

Həmin il o, Fransa Senatının (Paris) və Bienali Art Qafqaz EXPO, Tbilisi Azərbaycan rəssamlarının sərgisində iştirak etmişdir.
2005, 2006 və 2007-ci illərdə  Moskvada sərgilərdə iştirak etmişdir.
1997-2007-ci ildə Şəki şəhərində beynəlxalq simpoziumlarda iştirak etmişdir.
2007-ci ildə Danimarka, Kopenhagendə fərdi sərgisi keçirilmişdir.

2008-ci ildə Bakı Müasir İncəsənət Mərkəzində fərdi sərgisi keçirilmişdir.

2008-ci ildə Türkiyədə simpozium "Türk soy" da iştirak etmişdir.
2003-cü ildə "Humay" Mükafatı laureatı olmuşdur.
1997, 2002, 2003-cü ildə rəssama həsr olunmuş televiziya verilişləri çəkilmişdir.

 
 
Yaradılma Spring Software
Copyright © ButaGallery 2011