Müəlliflər
Mirazər
Əsərləri
Mirazər Abdullayev 1971-ci ildə Bakıda anadan olmuşdur.
1987-1991-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində,1991-1997-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Hər ikisini fərqlənmə ilə bitirib. Respublika və Beynəlxalq sərgilərdə mütəmadi iştirak edir. Bir çox müsabiqələrin qalibi və Biyenale iştirakçısıdır. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəngkarlıq işləri Nyu York, Kopenqagen, Paris, Melburn, Ankara, Təbriz kimi şəhərlərin şəxsi kolleksilararında saxlanılır.Əsərləri dünya kataloqlarında dərc olunur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn kafedrasında və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq kafedrasında müəllim kimi çalışır.
Sərgilər
1993- Novruz sərgisi. Bakı İncəsənət Mərkəzi.
1994- S.Bəhlulzadə adına sərgi salonu.
1995- Azərbaycan Rəssamlar İttifaqı. Vəcihə Səmədova adına sərgi salonu. "Xocalı-95"
1996- Səttar Bəhlulzadə adına sərgi salonu. 28 May sərgisi.
1996- Bakı İncəsənət Mərkəzi. ABŞ "Yunokal" sərgi - müsabiqə.
1997- Azərbaycan Rəssamlar İttifaqı. Neft sərgisi.
1997- Azərbaycan Rəssamlar İttifaqı. "Novruz-98".
1998- Azərbaycan Rəssamlar İttifaqı. "Gənclik-98".
1998- BMT Azərbaycan. Azərbaycan Reklamçılar İttifaqı. Antinarkomaniya sərgi - müsabiqə.
2000 "Qala" rəsm qalereyası.
2001 İdman sərgisi. Milli Olimpiya Komitəsi.
2002 Bakı İncəsənət Mərkəzi "Qadınlar sülh naminə" sərgi müsabiqə.
2003 Beynəlxal Poster Bienale-si. Tehran
2004 «Seba» Azərbaycan - Koreya Mədəniyyət Mərkəzi. Sərgi müsabiqə.
2006 - ”Antinarkomaniya” sərgi-müsabiqə Azərbaycan Rəssamlar İttifaqı
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
2007 - Azərbaycan Sərhəd Qoşunları. Sərgi müsabiqə.
2009- Azərbaycan Rəssamlar İttifaqı "Novruz" sərgisi.
2010- Səttar Bəhlulzadə adına sərgi salonu. 28 May Sərgisi.
2011- “Narkotiklərə Yox” sərgi müsabiqə. Azərbaycan Rəssamlar İttifaqı
2013- "Imago Mundi: The Art of Humanity
2014- “Art Energy - 20” Sərgi - müsabiqə. Socar.
2014- “Yarat and Behance Hold Portfolio” jury composed
2015- Türkiyə. Ankara “Xocalı” sərgisi.
2015- "Organ Donation" Posterland.org International Poster Competition. Top 100 Posters. Ankara.
2015- "Open Up!" Poster for tomorrow. Right to Healthcare. International Poster Competition.
Top 100 Selected Art works. Paris.
2016- “Abşeron küləkləri” müasir rəngkarlıq sərgisi “Natavan qalereyası”
2016- “Gözəllik nuru - 2016” Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Komitəsi və “Kukla” Art Qalereyası.
2016- “Ümid Yolu” xeyriyyə sərgisi. ART GALLERY.
2016- Azərbaycan Rəssamlar İttifaqı. Vəcihə Səmədova adına sərgi salonu. "Rəngli duyğular" sərgisi.