En Az Ru
 
 

Müəlliflər

Yusif Mirzə

Əsərləri
 
Yusif Mirzə
 

1959-cu ildə Laçın rayonunda anadan olub.
Erkən yaşlarından rəsmlər çəkib.İlk rəsmlərindən biri “Pioner” jurnalında çap olunub.
    1976-cı ildə Bakıda Pedaqoji institutun bədii –qrafika fakultəsinə daxil olub.
    1980-cı ildə institutda “Laçın etüdləri” adlı ilk fərdi sərgisi açılıb.
    1981-ci ildə institutu bitirərkən rəngkarlıqdan  diplom işi müdafiə edib və  “əla’’qiymətə layiq görülüb.
    1981-1985 ci illər Laçın xalq teatrında rəssam işləyib.Bir çox tamaşaların tərtibatını  verib.
    1985-ci ildən  Azərbaycanda və xarici ölkələrdə sərgilərdə uğurla iştirak edir.  Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
    Rəngkarlıq,qrafika, heykəltəraşlıqla məşğul olur.  Özünəməxsus yaradıcılıq yolu, qeyri –adi  üslubu, ustalıq dəst xətti ilə tanınır.
Əsərləri hər zaman böyük maraqla qarçılanır.Sənətdə varisliyə-ənənələrin qorunub saxlanmasıy-la bərabər, novatorluğa,yeniliyə xüsüsi əhəmiyyət verir.Yaradıcılığında arxaikliklə müasirlik, sa-dəlik, lakoniklilə polifoniklik.intuitivliklə professionallıq, ustalıq üzvi bir vəhdət təşkil edir.
    Ən qədim sənət nümunələri ilə bağlı apardığı eksperimentlər uğurla nəticələnmişdir.Qədim  ənənələrə tamamilə yeni ruh, yeni keyfiyyət verməyə, onları çağdaş bir dillə danışdarmağa nail ola bilmişdir.
    Azərbaycan ərazisində eramızdan əvvəl XİV-Xİİİ minilliklərdə yaradılmış Qobustan Qayaüstü rəsmləri ənənələrinin müasir sənətə gətirilməsi, dirçəldilməsi, inkişaf etdirilməsi, mükəmməl bir formada, orjinal sənət üslubunun yaradılması Yusif Mirzənin ən böyük nailiyyətlərindəndir.  Təsadüfi deyil ki Onu  Qobustan yaddaşını oyadan rəssam adlandırırlar.
    O özünün ünikal üslubunu yaratmış və təsdiq etmiş sənətkardır.Yusif Mirzənin yaradıcılığını izləyənlərdən bir çoxu bu fikirdədir ki dünyada bu qədər qədim, iyirmi-otuz minillik ənənələrə əsaslanaraq, son dərəcə çağdaş, yeni bir üslüb yaratmış ikinci belə rəssam tapmaq qeyri mümkündür.
    Təkcə Qobustan qayaüstü rəsmlərindən deyil digər qədim sənət nümunələrindən də ilhamlanır yaradıcılığında onlardan məharətlə istifadə edir.  O öz fikrini məqsədini belə açıqlayır.
    Qədim ənənələr-Çağdaş yozum.
Uğurlu rəsmlər məqsədə çatdığından xəbər verir.
Ənənəvi materiallarla- pastel, tuş ,akvarel, yağlı boya, kömür,sangina, sepiya və s.lakin bənzərsiz ,analoqu olmayan texnikalar, metod, vasitələrlə yaratdığı əsərlər dərin psixaloji təsir gücünə, sehirli bir övqat yaratmağa ,fəlsəfi ümumiləşdirmə qabiliyyətinə malikdir.
    Uğurlar, nailiyyətlərlə kifayətlənməyən rəssam öz üzərində daim çalışır.
2005-ci ildə pastel texnikasında özünün yeni metodunu kəşf etmiş maraqlı silsilə rəsmlər işləmişdir.
    Sənətsevərləri, pərəstişkarlarını heyrətləndirməyi bacaranYusif Mirzənin sənət yönü,üslubunu müəyyənləşdirmək üçün müxtəlif fikirlər, mülahizələr irəli sürülür.Rəssam öz üslubunu   Meditativ- asssosiativ konseptual avanqard kimi düşünür.Fikrimizcə bu adın özü də şərtidir, bu üslubun ,yaradıcılığın geniş əhatə dairəsi vardır.
    Əsərləri Azərbaycan Rəssamlar İttifaqında, Bakı İncəsənət Mərkəzində , Azərbaycan xarici işlər, iqtisadi inkişaf, mədəniyyət və turizm nazirliklərində, Norveçin, İngiltərənin, Yaponiyanın , Türkiyənin, Rumıniyanın ,Polşanın, ABŞ-ın, İsrailin, Fransanın Bakıdakı səfirliklərində, BP, STATOİL və digər neft şirkətlərinin ofislərində, otellərdə, banklarda, muzeylərdə, qalereyalarda saxlanılır.
    Qədim Bakının bəyaz yuxusu adlı yağlı boya rəsmi Türkiyə Respublikası Prezidentinin müşaviri  Hüseyn Avni Karslıoğlunun  şəxsi  kolleksiyasındadır.
    ABŞ, İngiltərə, İrlandiya, Uels, Şotlandiya, Almaniya,Fransa, İsveçrə, İtaliya, Norveç, İsveç, Finlandiya. Danimarka, Hollandiya, Kipr ,İran ,Türkiyə ,Litva, İsrail , Avstraliya , Rumıniya, Serbiya ,Hindistan, Yeni Zelandiya, İspaniya, Kolumbiya, Sinqapur,Malaziya ,Kanada, Rusiya və s.ölkələrdə əsərləri şəxsi kolleksiyalardadır.
    Rəsmləri kataloqlarda, kitab və jurnallarda, təbrik kartlarında, təqvimlərdə çap edilmişdir.
2000-ci ildə Aztelefilm yaradıcılıq birliyi rəssam haqqında” İşıq “ televiziya filmini çəkmişdir.Film Azərbaycan televiziyası ilə nümayiş etdirilir və maraqla qarşılanır.
    Azərbaycanda və xarici ölkələrdə fərdi sərgiləri açılmış, yaradıcılıq səfərlərində olmuşdur.
2001-ci ildə dahi rumın heykəltəraşı Konstantin Brınkuşun yaradıcılığını sevən və təbliğ edən bir rəssam kimi onun doğma yeri Qorj vilayətinə ,Tırqu-Jiu şəhərinə dəvət almış orada fərdi sərgisi açılmış naturadan rəsmlər çəkmiçdir.Azərbaycanla Rumıniya mədəni əlaqələrinin inkiçafında fəallığına görə xususi mükafata layiq görülmüşdür
    Norveçlə sıx əlaqələri vardır.Norveç Humanitar Müəssisəsi ilə qarşılıqlı əməkdaçlığı nəticəsində bu ölkədə tanınmış və populyarlıq qazanmışdır.NHM-ilə birlikdə bir çox maraqlı layihələr həyata keçirmişdir.
    Muğam rəsmi əsasında maykalar hazırlanmış, müxtəlif vaxtlarda təqvimlər, təbrik kartları nəfis şəkildə çap edilmişdir.Norveçin məhşur SKRUK xoru ilə Azərbaycan musiqiçilərinin birgə işi olan kompakt diskin bədii tərtibatında iştirak etmişdir. Həmin kompakt diskə əlavə edilmiş Azərbaycan xalq mahnı mətnlərindən ibarət kitabçanın üz qabığını rəssamın Xatirə rəsminin reproduksiyası bəzəyir.
    1999-2000 ci illərdə Azərbaycanda səfərdə olan dünya şöhrətli böyük Norveç alimi, səyyahı, tədqiqatçısı Tur Heyerdalla görüşmüş, ona öz rəsmlərini göstərmişdir.Rəssamın qədim  sənət ənənələrindən bəhrələnməsini Tur Heyerdal təqdir etmişdir..
    Böyük alimə bəslədiyi hörmət hissinin ifadəsi kimi 2002-ci ildə açdığı fərdi sərgisi Tur Heyerdalın xatirəsinə həsr olundu. Həmin sərgi  STATOYL şirkəti, NHM  və  Norveçin Azərbaycandakı səfirliyinin sponsorluğu ilə təşkil edilmişdir. 
Həmin sərgidə alimin xatirəsinə həsr etdiyi Til Thor Heyrdahls Minne əsəri də nümayiş etdirildi.İndi bu  əsər KONTİKİ MUSEUM-da saxlanılır.
    Son illər NHM ilə birlikdə Mərdəkan 3 saylı inernat evində həyata keçirdiyi rəsm dərsləri uşaqların marağına , sevincinə səbəb olmuşdur. 
    2007 ci il iyun –iyul  aylarında NHM-nin təşkilatçlığı ilə Norveç Krallığında səfərdə olmuş, Trisil, Sapsburq və Stavanger şəhərlərində fərdi sərgiləri açılmışdır.Bu sərgilər uğurla keçmiş, böyuk maraqla qarşılanmışdır.Norveç mətbuatında məlumatlar, Rəssamla müsahibələr dərc olunmuşdur.2010 cu ildə Finlandiyada,,  Perussanoma oy,, nəşriyyatında Anne Grohnla birlikdə tərtib etdiyi “ Nyt Betlehemiin “ kitabı çapdan çıxmışdır. Kitabda rəssamın 20 rəsmi  təqdim olunmuşdur.
    Yaradıcılığının məhsuldar bir dövründədir. Yeni rəsmlər heykəllər üzərində işləyir.
Ailəlidir.
    Həyat yoldaşı Pəri mühəndisdir .
    İki övladı var. Qızı  Əsmər 13 , oğlu Əli 7 yaşındadır.

 
 
Yaradılma Spring Software
Copyright © ButaGallery 2011